Yerlilər burada, legionerlər yox - Bunların da öz planı var

7 Yanvar 02:40 I Divizion 322
Yerlilər burada, legionerlər yox - Bunların da öz planı var

Birinci Liqada çıxış edən “Səbail” sabahdan mövsümün ikinci yarısının hazırlıqlarına başlayacaq.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi toplanışa tam heyətlə start verə bilməyəcək.

12 günlük istirahətdən qayıdacaq yerli futbolçulardan fərqli olaraq, legionerlər həftə sonuna kimi yubanacaqlar.

Braziliyalı yarımmüdafiəçilər Afonso Almeyda ilə Paulo Rikardo, malili Mohamed Sako, qanalı Mustafa Yakubu və iranlı Əli Babayi yanvarın 9-dan etibarən komandanın düşərgəsinə təşrif buyuracaqlar.

Bakıda bir araya gələcək “dənizçilər” on günlük ilkin çalışmaların ardından yoxlama oyunları keçirəcək.

Üç sınaq matçı planlaşdırılır: yanvarın 16-na, 22-nə və 28-nə. Rəqiblərin kimliyi yaxın iki gün ərzində bəlli olacaq.

“Səbail” 12 turdan sonra 22 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!