I Liqada yarışan "Difai"nin yarımmüdafiəçisi Bayraməli Qurbanov karyerasını Albaniyada davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağsu təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı vinger Albaniyanın II Liqasında çıxış edən "Beselidya" ilə anlaşıb.
"Beselidya" 10 turdan sonra Albaniya çempionatının turnir cədvəlində 26 xalla 1-ci pillədə qərarlaşıb.

