“İndi heç bir komanda deyə bilməz ki, mən çempion olacam”

5 Yanvar 14:40 I Divizion 428
“İndi heç bir komanda deyə bilməz ki, mən çempion olacam”

«Biz bu mövsüm sonadək çempionluq uğrunda mübarizəmi davam etdirəcəyik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Mingəçevir»İn baş məşqçisi Ramiz Məmmədov deyib.

Daha öncə xəbər verdiyimiz kimi, Adnan Əhmədzadənin sahibi olduğu klub aylardan bəri davam edən maliyyə problemlərini aradan qaldırıb.

Bu isə «işıqçılar»ı ümidləndirib. Sözügedən iş adamının həbsindən sonra dağılmaq təhlükəsi ilə üzləşən komanda yeni maddi dayaq tapmaqla toparlanmaq niyyətindədir.

Təcrübəli mütəxəssis söyləyib:

«Çempionatda cəmi 12 tur arxada qalıb. Bizi irəlidə hələ uzun marafon gözləyir.

Hazırkı yarışmada hər şey mümkündür. Demək olar ki, hər tur bir və ya bir neçə sürpriz nəticə qeydə alınır.

Düzdür, biz lider «Şəfa»dan 9 xal geridəyik, ancaq indi heç bir komanda deyə bilməz ki, mən çempion olacam.

Turnir cədvəlində axırda gedən «Difai» ilə «Şimal» lilerlərdən xal alırsa, deməli, heç kim sensasiyadan sığortalanmayıb. Bizi son günlərə kimi narahat edən əsas məsələ maliyyə ilə bağlı ili.

Şükür, çətin günlər artıq arxada qaldı. İndi diqqətimiz yenidən yuxarı yerdədir.

Onun üçün mübarizə aparacağıq. Nəzərə alaq ki, turnir cədvəlində bizdən yuxarıda olan rəqiblərlə hələ yenə oynayacağıq.

Onların heç birindən çəkinmirik. Açığı, mən çox ümidliyəm. Rəhbərliyimə, özümə və komandama inanıram».

Mingəçevirin eyniadlı təmsilçisi 12 tura topladığı 21 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

«Şəfa» 25 xalla ikinci, 22 xala malik «Səbail» üçüncü sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
5 Yanvar 18:10 Çək və bizə göndər!