Adnan Əhmədzadənin 2025-ci ilin yanvarında himayəsinə götürdüyü «Mingəçevir»ə yeni sponsor tapılıb.
Adı gizli saxlanılan iş adamlarından biri I Liqada mübarizə aparan klubu öz «çətir»i altına alıb.
Bu şəxs, güman ki, ən azı iyunadək, yəni, mövsümün sonunadək «işıqçılar»a maliyyə ayıracaq.
Region təmsilçisinin maliyyə problemləri məhz bu anlaşma sayəsində həllini tapıb. Yoxsa aylardır üst-üstə yığılan maaş borcunu kimdir ödəyən?
Bir manat deyil, iki manat deyil - 50-60 min manatdan söhbət gedir.
Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
O, ötən ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və həmin tarixdən bəri istintaq altındadır.
«Mingəçevir» çempionatın ilk yarısını turnir cədvəlinin üçüncü pilləsində başa vurub. Komanda 12 tur ərzində 22 xal toplayıb.
SPORTİNFO.AZ

