O, “Neftçi”dən təklif aldı, baş məşqçi postuna namizəd axtarışına start verildi

09:40 I Divizion 573
O, “Neftçi”dən təklif aldı, baş məşqçi postuna namizəd axtarışına start verildi

I Liqada ikinci mövsümünü keçirən «Cəbrayıl» yeni baş məşqçi axtarır.

Buna səbəb Cavid Hüseynovun «Neftçi»dən təklif almasıdır.

Belə ki, burada qeyri-rəsmi olaraq komandanın başında dayanan mütəxəssis 2026-cı ildən fəaliyyətini «ağ-qaralar»ın düşərgəsində davam etdirəcək.

O, ukraynalı Yuri Vernidubun korpusunda yer alacaq.

Aşağı liqa təmsilçisisi Tarıq Qasımovu baş məşqçi kimi qeydiyyatdan keçirib. Bu, sadəcə, formal bir şeydir. «Cəbrayıl»lıları son 6 ayda məhz Hüseynov çalışdırıb.

Qarabağ bölgəsinə aid rayonun eyniadlı təmsilçisi çempionatın ilk yarısında 12 xal xal toplayıb. On iki tur ərzində qeyri-sabit çıxış edən kollektiv turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq