“Neftçi”də “göz açan” kapitan: "Burada vəziyyət bərbad, biabırçı gündədir"

21:40 I Divizion 256
“Neftçi”də “göz açan” kapitan: "Burada vəziyyət bərbad, biabırçı gündədir"

Reqlamentin uzun illərdən sonra bərpa edilməsi ilə Birinci Liqada rəqabət bir xeyli artıb.

Daha klublar iştirak xatirinə bu yarışa qatılmır.

Çempionluq uğurunda və liqada qalmaq yolunda amansız mübarizə gedir.

Belədə bütün matçların əhəmiyyəti birə-beş artmış olur.

Bəs səviyyə, infrastruktur baxından vəziyyət necədir?

Uzun müddət Premyer Liqada oynamış və hazırda “Şəfa”nın kapitanı olan Tərlan Quliyev Sportinfo.az-a açıqlamasında ilk olaraq birinci məsələyə aydınlıq gətirib:

“Premyer Liqa ilə Birinci Liqa arasında çox böyük fərq var. Amma burada da başqa məqamlar önə çıxır.

Hərəkət dəhşət çoxdur. Ölkə kubokunda "Qəbələ"yə qarşı oynadıq. Kaxaber Tsxadadze orada yaxşı kollektiv qurub.

İllərdir onu tanıyıram, bir məşqçi kimi hörmət edirəm. "Qəbələ" özü də normal futbol oynayırdı, bizə də imkan verirdi. Premyer Liqada ağıllı mübarizə gedir, burada kortəbii.

Ən əsası, bütün rəqiblər sona qədər döyüşür. Bəzən sistem işə yaramır. Çünki kortəbii mübarizə daha çoxdur”.

Milli komandamızla bərabər “Neftçi” və “Qarabağ” kimi klubların formasını geyinmiş müdafiəçi infrastrukturla bağlı da ürəkağrısı ilə danışıb:

“Bəzi klublarda infrastruktur bərbad, biabırçı gündədir. Onu ancaq görmək lazımdır. Otaqlar soyuq olur. Stadionlar pis vəziyyətdədir. İnfrastruktur demək olar yox səviyyəsindədir”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti