Azərbaycanlı futbolçudan maraqlı rəqs tərzi – Hər kəsin maraqla izlədiyi VİDEO

21:00 I Divizion 276
Azərbaycanlı futbolçudan maraqlı rəqs tərzi – Hər kəsin maraqla izlədiyi VİDEO

I Liqada 2025-ci ilin son oyunları keçirilib.

12-ci tur çərçivəsində “Difai” meydan sahibi qismində “Cəbrayıl”ı qonaq edib.

Bol qollu keçən oyunda qazilərin komandası qonaqları 5:2 hesabı ilə məğlub edərək cari mövsümdə ikinci qələbəsini qazanıb.

“Difai”nin qalibiyyəti matçdan sonra paltardəyişmə otağında sözün əsl mənasında bayram ab-havası ilə müşayiət olunub.

Qalib komandanın sonuncu qolunun müəllifi olan Nazim Məmmədzadə səsgücləndirici ilə otağa daxil olaraq möhtəşəm rəqslə yoldaşlarını əyləndirməyi bacarıb.

Nazimin əcnəbi musiqi sədaları altında etdiyi hərəkətlər sosial şəbəkə izləyiciləri tərəfindən alqışlanıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti