Mövsümün əvvəlindən müxtəlif problemlər yaşayan «Mingəçevir»də vəziyyət nəzarətdən çıxıb.
Rəhbərlik növbəti dəfə komanda üzvlərini aldadıb.
Sentyabrdan bəri «bu gün-sabah» deyə-deyə, maaşları ödəməyən ASTA klub qarşısında götürdüyü son öhdəliyi də yerinə yetirməyib.
Əslində, bu gün əməkhaqqılar verilməli idi. Hər halda belə vəd etmişdilər. Ki, qarşıdan gələn bayrama görə hamının evində qazan qaynasın.
Di gəl, Rafael Bünyatov və icraçı direktor Vüqar Hüseynzadə sözünün arxasından qaçıb. Onları bu gün nə görən olub, nə də eşidən. Birdən-birə yoxa çıxıblar.
Adını çəkdiyimiz hər iki şəxs Adnan Əhmədzdəyə yaxın kadrlardır. Sentyabrda həbs edilən iş adamına bağlı olmasalar, «Mingəçevir»də ne işləri var?
İqtisadi sektorda törədilən cinayətlərə görə tutulan biznesmenin yaxınları, belə görünür ki, ondan yalnız yalan danışmağı öyrənib. Əks halda, klubun əməkdaşları, məşqçi və futbolçular qarşısından niyə qaçsınlar ki?
Pulları yoxdur? Heç inandırıcı deyil. Çox da ki, Əhmədzadə həbsdədir, hər ikisinin maliyyə vəziyyəti yaxşıdır.
İstəsələr, yenə «Minegəçevir»i yağ-bal içində bəsləyərlər. Görünür, fikirləri tam başqadır - özləri xərcə düşməsin deyə, Adnan Əhmədzadənin adını burada da bədnam etməyə razıdırlar.
Dörd ay maaş almadan məşq keçmək, oyun keçirmək nə deməkdir? Yenə nə yaxşı ki, AFFA hər ay kluba 30 min manat ayırır, bu da olmasa, «Mİngəçevir» Aşqabad batan kimi batar.
Komanda I Liqada çıxışını erkən dayandırmasayıbsa, yenə də çempionluq uğrunda mübarizə aparırsa, bu, futbolçuların və başda Ramiz Məmmədov olmaqla, məşqçilər korpusunun fədakarlığının nəticəsidir.
Yuxarıda qeyd etdiyimiz kimi, Bünyatovla Hüseynzadə yalandan vədlər
SPORTİNFO.AZ

