Bir komandanı daşıyan azərbaycanlı bombardir - Onu kim tanıyır?

21:00 I Divizion 250
Bir komandanı daşıyan azərbaycanlı bombardir - Onu kim tanıyır?

Mövsümə iddialı başlayan MOİK-in işləri heç də yolunda getmir.

Deyilənlərə görə, “hərbiçilər”in formalaşması üçün ötən yay bir milyon manata yaxın pul xərclənib.

Heyətə aşağı liqa səviyyəsində yaxşı oyunçular cəlb edilib.

Lakin İlham Yadullayevin baş məşqçi olduğu kollektiv gözləntilərin altında qalır.

12 turdan sonra 17 xalı olan komanda 6-cı pillədə qərarlaşır.

Vəziyyət bundan da pis ola bilərdi, əgər Seyxan Fərəcov olmasaydı.

Hücumçu sözün həqiqi mənasında MOİK-i çiyinlərində təkbaşına daşıyır.

24 yaşlı forvard 11 görüşdə rəqib qapılarından 11 qol keçirib.

Bu, bütün komandanın vurduğu qolların (14 qol) nə az, nə çox 78%-i deməkdir.

Bir anlıq düşünün ki, Seyxan olmasaydı, vəziyyət nə qədər acınacaqlı ola bilərdi.

Seyxan hazırda həm də Birinci Liqanın bombardiridir.

Maraq üçün bildirək ki, Fərəcov ötən mövsümü “İmişli”də keçirmişdi.

O, aran təmsilçisinin Premyer Liqaya yüksəlməsində də böyük pay sahibi olub.

Amma buna rəğmən 11 qolla komandanın bombardiri olan forvarda mövsümün sonu qapını göstərmişdilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti