Çempionatı boykot qərar verən və yoxa çıxan komanda birdən-birə necə “dirildi”?

10:40 I Divizion 372
Çempionatı boykot qərar verən və yoxa çıxan komanda birdən-birə necə “dirildi”?

«Şəki Siti»nin 2025-ci ilin son oyununa çıxıb-çıxmayacağı öncədən bəlli deyildi.

II Liqanın 13-cü turunda «Qaradağ Lökbatan»la matçı boykot edən, bu üzdən AFFA İntizam Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyyət alan və 1000 manat cərimə olunan əyalət təmsilçisinin «Xankəndi» ilə görüşdə meydana ayaq basması bir qədər gözlənilməz sayılmalıdır.

Çünki baş məşqçi Elvin Həsənov 3 aydır maaş almayan, 50 gündür məşq keçməyən futbolçuların tərəfində olduğunu açıqlamış, yığılıb qalmış maaş borcunun ödənilməyəcəyi təqdirdə, yenə stadiona gəlməyəcəklərini demişdi.

Və… «Şəki»lilər məhz onun səyi və təkidi ilə «Xankəndi»yə qarşı forma geyinib.

O, yenə hardansa pul taparaq, futbolçuların 1 aylıq maaşını ödəyib. Kim aldığı məbləğə qane olubsa, onlar da meydana çıxıb.

İştirak ərizəsinə 19 nəfərin adının salınmasına baxmayın, ehtiyat skamyası tam dolmayıb.

Əgər bu görüşə də gəlməsəydilər, «Şəki» vaxtından əvvəl çempionatdan kənarlaşdırılacaqdı. Reqlamentə əsasən, anoloji hal mövsüm ərzində iki dəfə təkrarlanarsa, komanda yarışdan uzaqlaşdırılır.

Güman ki, AFFA və Peşəkar Futbol Liqası da «Xankəndi» ilə matçın baş tutması üçün «Şəki»yə təsir göstərib.

Hər halda o hadisə baş versəydi, bu, təşkilatçılar adına böyük nöqsan kimi tarixə keçəcəkdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 18:10 Çək və bizə göndər!