II Liqada 14-cü tur start götürüb.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
Lider "Xankəndi" "Şəki Siti"nin qonağı olub və 2:1 hesablı qələbə qazanıb.
"Qaradağ Lökbatan" autsatder "Araz Saatlı"nı qəbul edib. Meydan sahibləri rəqibini darmadağım edib 13:1. "Quba" isə "Ağdaş"ı 6:1 hesabı ilə üstələyib.
"Şəki Siti” – “Xankəndi” 1:2
Qollar: R.Məhərrəmov, 15 - B.Teymurov, 26, 90+1
“Rekord Arena”
“Qaradağ Lökbatan” – “Araz Saatlı” 13:1
Qollar: R.Orucov, 1, 6, 20, 46, 54, F.Abbaslı, 8, 14, 26, İ.Hüseynov, 37, 44, T.Nəsibov, 47, R.Quliyev, 61, S.Allahquliyev, 83 - R.Əvəzov, 68
Lökbatan OİK stadionu
"Quba” – “Ağdaş” 6:1
Qollar: İ.İbrahimli, 3, N.Mollayev, 44, B.Köçərli, 54, V.Cəfərov, 77 (pen, 77, 90 - V.Nəsirov, 84
Quba OİK stadionu
23 dekabr (çərşənbə axşamı)
14:00. “Ağstafa Gəncləri” – “Şəmkir”
14:00. “Göygöl” – “Dinamo”
14:00. “Şirvan” – “Kür-Araz”


