I Liqada ilk mövsümünü keçirən «Şahdağ»ın yeni himayədar tapmasını hələ ayyarım öncə ictimailəşdirmişdik.
Quba klubu Futbolun İnkişaf Fondunun (FİF) vasitəsilə bu prosesi artıq tamamlamaq üzrədir.
«Şahdağ»ı elə təmsilçisi olduğu rayonda fəaliyyət göstərən şirkətlərdən biri öz qanadı altına alıb. Təsisçilərin dəyişməsi ilə əlaqədar başladılan hüquqi prosedur dekabrın sonunadək yekunlaşacaq.
Razılaşmaya əsasən, Rahid Əsirquliyev 100 faizlik təsisçilik payından bütünlüklə imina edib. Həmçinin prezident postunu təhvil verib.
Amma bu, o demək deyil ki, Qusar futbolunun ən tanınmış siması yetirməsi olduğu «Şahdağ»la vidalaşacaq.
Millinin sabiq yarımmüdafiəçisi yeni başqanın idman məsələləri üzrə müşaviri və icraçı direktor olaraq buradakı fəaliyyətini davam etdirəcək. Dəyişiklik 2026-cı ilin yanvar ayında rəsmən açıqlanacaq.
«Şahdağ» ötən mövsüm II Liqada çempionluq qazanıb və I Liqaya yüksəlib. Bundan sonra klubun maliyyə vəziyyətinin daha da yaxşılaşacağı gözlənilsə də, qəfil xəbər gedişatı 180 dərəcə dəyişib.
«Azenko» sponsorluq dəstəyini tamamən dayandırıb. Bu, iyul ayında dəqiqləşib.
Belədə Əmirquliyev sinəsini iəli verib, çətin yükün altına girib. Şəxsi əlaqələri və FİF-in köməyi ilə «Şahdağ»a kiçik dəstəkçilər tapa bilib.
Elnur Abdullayevin çalışdırdığı Qusar komandası artıq I Liqada 11 turu arxada qoyub. Ötən müddətdə 11 xal toplayan kollektiv turnir cədvəlinin 8-ci pilləsində məskunlaşıb.
SPORTİNFO.AZ

