“Baş məşqçi və rəhbərlik qalmağımı istəsə də, ailə vəziyyətimə görə karyeramı Bakı klubunda davam etdirmək məcburiyyətində qalmışdım”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şəfa”nın yarımmüdafiəçisi Ürfan İsmayılov deyib.
O, ötən mövsüm “Qəbələ”nin I Liqadakı çempionluğunda əsas pay sahiblərindən biri olub. Bu dəfə rəqib qismində əyalətə yollanan Ürfan “sabiq komandana qarşı oynamaq hansı hisləri yaradırdı” sualına cavabında belə söyləyib:
“Qəbələ”dən öz xoşumla ayrılmışdım. Ona görə də hansısa prinsipiallıqdan söhbət gedə bilməzdi.
“Qəbələ”də olduğum dönəmdə özümə qarşı həmişə isti münasibət görmüşəm. Bu gün bunu bir daha hiss etdim.
Odur ki, rahat şəkildə oynadım, hansısa problem yox idi. Yeganə problem havanın ağırlığı ilə bağlıydı.
Ötən mövsüm Qəbələyə gələn komandalar havadan şikayət edəndə mənə qəribə gəlirdi.
Çünki burada yaşayırdım, ona görə də öyrəşmişdim. Kənardan gələn adam üçün dağ havası pis təsir edir”.

