Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan «Şəfa»nın rəhbərliyi Elgiz Kərəmlinin fəaliyyətindən razı deyil.
Komandanın Elman Soltanova tapşırıdması istənilir.
Paytaxt təmsilçisi yayda «Baku Sportinq»dən ayrılmış mütəxəssisə təklif göndərib.
Hazırda «Pro» kateqoriyalı kurslarda oxuyan məşqçinin dəvətə nə reaksiya verəcəyi yaxın günlərdə bəlli olacaq. Çünki Buzovna təmsilçisini inişil II Liqanın çempionu etmiş çalışdırıcının başqa variantları da var.
E.Kərəmli 1 ildir «Şəfa»nın başındadır. O. paytaxt təmsilçisinə böyük ümidlərlə dəvət olunsa da, verdiyi vədi yerinə yetirə bilməyib.
«13 oyun, 13 qələbə» məqsədi ilə yoluna davam edən komanda ötən mövsümün yekununda «Şahdağ»ı özündən irəli buraxaraq, gümüş medallarla kifayətlənib.
Bu sezondan I Liqada yarışan «Şəfa» büdcəsinə və heyətinə görə çempionatın ən güclüsü sayılır, amma ki, son turlarda qeydə alınan nəticələr gənc məşqçini yönətimin gözündən salıb.
«Difai» və «Zaqatala» ilə ev oyunlarında (1:1) qeydə alınan uğursuzluqlardan sonra Elman Soltanovun gündəmə gəlməsi başadüşüləndir. Hər halda o, gənc həmkarından daha təcrübəli və stajlıdır
SPORTİNFO.AZ

