Bu gün I Liqada 10-cu tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək
Çempionatın lideri olan “Şəfa” Binədə “Zaqatala”nı qonaq edəcək.
Turnir cədvəlində ikinci yerdə gedən və baş məşqçi postunda Elvin Məmmədovu Adil Şükürovla əvəzləmiş “Səbail” Bayılda “Difai” ilə görüşəcək.
“Şəfa” – “Zaqatala”
Hakimlər: Əli Əliyev, Sənan Atayev, Samir Qaracayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
Binə qəsəbə stadionu, 14:30
“Səbail” – “Difai”
Hakimlər: Alik Yunusov, Orxan İbişov, Rasim Axundov, Nazim Abdullayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”, 15:00

