Bu gün I Liqada ikinci dövrə start götürəcək.
Sportinfo.az xəbər verir ki, 10-cu turun ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.
Çempionluq mübarizəsindən geri düşmək istəməyən “Mingəçevir” doğma şəhərdə “Cəbrayıl”ı qəbul edəcək.
“Baku Sportinq” Buzovnada “Şahdağ”ı “dişinə vuracaq”. Debütant “Şimal” Binədə MOİK-in qonağı olacaq.
“Mingəçevir” – “Cəbrayıl”
Hakimlər: Kamran Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Mahmud Bağırzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00
“Baku Spportinq” – “Şahdağ Qusar”
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Aydın Baxşıyev, Şamil İmanzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Buzovna qəsəbə stadionu, 14:30
MOİK – “Şimal”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Ceyhun Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Binə qəsəbə stadionu, 14:30

