AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, iclasda 1-ci liqa ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Mingəçevir” – “Baku Sportinq” oyununda Mingəçevir komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilib.
“Mingəçevir” – “Baku Sportinq” oyununun 75-ci dəqiqəsində “Mingəçevir”in 32 nömrəli futbolçusu Rəhim Cəfərli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 300 manat cərimə edilib.

