“Şükür ki, bunu qismən bacarmışıq, heç kimə asan təslim olmuruq"

02:10 I Divizion 61
“Şükür ki, bunu qismən bacarmışıq, heç kimə asan təslim olmuruq"

Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şamaxı"ya məğlub olan "Baku Sportinq"də qələbə üçün son ötürmələrdə soyuqqanlılıq və təcrübə çatmayıb.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında komandanın baş məşqçisi Röyal Nəcəfov deyib.

Mütəxəssis oyunun gözlədikləri kimi keçdiyini deyib:

"Qələbə üçün son ötürmələrdə soyuqqanlılıq və təcrübə çatmadı. Elə epizodlar var ki, daha soyuqqanlı ola bilərdik. Bunun üçün də təcrübəyə ehtiyac var. Bu, böyük rol oynayır. Əslində, oyun gözlədiyimiz kimi oldu. Rəqib bizi təzyiq altında saxlayırdı və buna hazır idik. Çalışırdıq ki, biz də rəqibi azlıqda, əks-hücumlarda yaxalayaq. Bu, müəyyən epizodlarda alındı. Hətta qol da vurduq, amma ofsayd kimi qeydə alındı. Komandadan rəqiblə başabaş mübarizə aparmasını gözləyirdik və şükür ki, istədiyimizi gördük. Komanda göstərdi ki, istənilən rəqibə qarşı oynaya bilər. Məhz buna görə uşaqlara təşəkkürümü bildirirəm".

O, komandasının istənilən rəqibə qarşı sona qədər mübarizə apardığını vurğulayıb:

"Bizi ağır oyun gözlədiyini bilirdik. Çünki rəqib Premyer Liqa komandası idi. Buna baxmayaraq, həftə boyunca yaxşı hazırlaşmışdıq. Uşaqları hər rəqibə qarşı oynaya biləcəyimizə inandırmağa çalışırdıq. Onsuz da ilk gündən məqsədimiz hər rəqibə qarşı mübarizə apara biləcək komanda yaratmaqdır. Şükürlər olsun ki, bunu qismən bacarmışıq. Artıq komanda sona qədər vuruşur, mübarizə aparır. Demək olar ki, rəqiblərlə başabaş futbol oynayır. Futbolda qələbə də var, məğlubiyyət də. Əsas odur ki, komanda heç kimə asan təslim olmur".

R.Nəcəfov matçda hakim idarəçiliynə də toxunub:

"İnqilab Məmmədov Azərbaycanın ən təcrübəli hakimlərindəndir. Normal idarəçilik etdi. Son epizodla bağlı qərarına gəlincə, penalti təyin etsə belə, heç kim bir söz deməyəcəkdi. Həmçinin penalti qeydə alınmadığına görə də heç kim nəsə demir. Yəni bu hakimin qərarına bağlıdır. Biz də onun gördüyünə inanmalıyıq. Verdiyi qərara da hörmət edirik".

"Baku Sportinq" 1/8 finalda "Şamaxı"ya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?