Bu gün I Liqada doqquzuncu tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma keçiriləcək.
Çempionluq uğrunda mübarizə aparan “Şəfa” və “Səbail” meydana çıxacaq.
Elgiz Kərəmlinin çalışdırdığı birincilər Şamaxıda “Şahdağ”ın qonağı olacaqsa, “dənizçilər” Bayılda “Cəbrayıl” ilə üz-üzə gələcək.
I Liqada çətin günlər yaşayan MOİK-də ara yenə qarışıb. Rəhbərliklə baş məşqçi üz-üzə gəlib.
Komandanın son turda «Mingəçevir»ə 0:3 hesabıyla uduzması Vüsal Əhmədovu özündən çıxarıb. Klubun rəisi İlham Yədullayevlə görüşərək, onunla sərt danışıb.
«Hərbiçilər»in bir nömrəli idarəçisi adıçəkilən çalışdırıcını uğursuz nəticələr səbəbindən möhkəm danlayıb, ümidləri doğrultmadığını bildirib.
Deyib ki, onu bura gətirməsinə görə peşman olub, indi isə səhvini düzəltməyin vaxtının çatdığını düşünür. MOİK-lə yanaşı, U-18 yığmasında da işləyən Yədullayev rəisdən 1 oyunluq möhlət istəyib.
O, «Difai» ilə keçiriləcək matçı nişan verib. Xahiş edib ki, bu qarşılaşmadan öncə barəsində istefa qərarı çıxarılmasın.
İşdir ordu təmsilçisi «fədailər»lə görüşdə uduzarsa və ya heç-heçə eləyərsə, özü vəzifəsindən ayrılacaq - Yədullayevin bu ricası rəis tərəfindən qəbul olunub.
MOİK çempionatın səkkiz turu ərzində 5 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində «məskunlaşıb».
Kollektiv mövsümün geridə qalan hissəsində cəmi 1 qələbə qazanıb, əvəzində 5 məğlubiyyətlə üzləşib.
“Difai” – MOİK
Hakimlər: Şamil İmanzadə, Sənan Atayev, Səbuhi Soltanov, Alik Yunusov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Ağsu şəhər stadionu, 14:30
“Şahdağ Qusar” – “Şəfa”
Hakimlər: Namiq Bəkirov, Rəhman Aslanov, Samir Qaracayev, Mahmud Bağırzadə
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı OİK stadionu, 14:30
“Səbail” – “Cəbrayıl”
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”, 15:00

