Baş məşqçi hiddətləndi və bozardı: “Özünüzü hörmətdən salmayın!”

9 Yanvar 17:00 I Divizion 1 330
Baş məşqçi hiddətləndi və bozardı: “Özünüzü hörmətdən salmayın!”

I Liqada mübarizə aparan “Cəbrayıl”ın baş məşqçisi Elhad Nəzirinin səbr kasası daşıb.

Səbəb rəhbərlik etdiyi komandanın bəzi futbolçularına təkliflərin olmasıdır.

Azərbaycan millisinin şərəfini qorumuş keçmiş müdafiəçi sosial medai səhifəsində paylaşım edərək, sərəncamında olan oyunçulara göz qoyanlara səslənib:

“Buradan yazıb bildirirəm, öz işindən başqa hər yola əl atan bəzi məşqçilər və menecerlər, “Cəbrayıl”da bütün futbolçuların klubla müqaviləsi var.

Boş yerə özünüzü hörmətdən salıb təkliflər etməyin!

Çempionatboyu uşaqlara təklif edib, yoldan çıxarırsınız. Bu uşaqlar bura gəlməmişdən əvvəl də Azərbaycanda idilər”.

11 turdan sonra aktivində 14 xal olan “Cəbrayıl” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM