Premyer Liqanın bombardiri aşağı liqa komandasında

3 Yanvar 2025 09:50 I Divizion 3 242
Premyer Liqanın bombardiri aşağı liqa komandasında

2014/2015-ci il mövsümündə Premyer Liqanın bombardiri olmuş Nurlan Novruzov I Liqada çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı forvard “Qaradağ Lökbatan”la anlaşıb.

O, qəsəbə təmsilçisi ilə 5 aylıq müqavilə imzalayıb.

Novruzov son illərdə “Dinam-Avto” (Moldova), “Narva-Trans” (Estoniya), “Lalitpur Siti” və “Maçindra”da (hər ikisi Nepal) legioner həyatı yaşayıb.

Cari mövsümün ilk yarısını isə II Liqa təmsilçisi “Hypers”də keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"