Rəhbər dəyişdi, büdcə artdı, konkret tapşırıq verildi

2 Yanvar 2025 22:05 I Divizion 2 438
Rəhbər dəyişdi, büdcə artdı, konkret tapşırıq verildi

Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi dəyişib.

MOİK-in rəisi Ramiq Orucov postundan gedib.

2021-ci ildə ordu klubuna rəhbərlik edən , polkovnik-leytenantin yerinə Vüqar Əhmədov təyinat alıb.

I Liqada mübarizə aparan «hərbiçilər» 11 tura 14 xal toplayıb. Qəzənfər Abbasovun çalışdırdığı komanda 2024-cü ili turnir cədvəlinin 6-cı pilləsində başa vurub.

Onların yeni ildən gözləntiləri daha çoxdur. Rəisin dəyişməsi ilə kollektivə diqqət bir qədər də artırılıb.

Vüqar Əhmədovun gəlişi ilə büdcə də böyüyüb. Qış bazarlığı etmək üçün transferlərə əlavə vəsait ayrılıb.

Baş məşqçinin qarşısına mövsümü ilk «beşlik»də başa vurmaq məqsədi qoyulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"