Adnan Əhmədzadənin sponsorluq etmək istədiyi klubdan ŞOK XƏBƏR!

19 Dekabr 2024 09:40 I Divizion 4 579
Adnan Əhmədzadənin sponsorluq etmək istədiyi klubdan ŞOK XƏBƏR!

Adnan Əhmədzadənin himayəsinə götürmək istədiyi «Mingəçevir»də «nəfəslər kəsilib».

I Liqa təmsilçisindən bir-birindən betər «qara xəbərlər» almaqdayıq.

«İşıqçılar» SOCAR-ın sabiq funksionerinin klubu öz «çətir»i almasını gözləmədən boykota əl atıb.

Düşərgədən redaksiyamıza verilən məlumata görə, komanda artıq gündəlik hazırlıq prosesini dayandırıb. Belə ki, futbolçular artıq bir müddətdir məşqə çıxmaqdan imtina edir.

Onlar burada rəhbər vəzifəni tutan Ayaz Əliyevin kolloektivə saymazyana münasibətinə etiraz əlaməti olaraq, belə bir yol seçib.

Belə ki, İqtisadiyyat Nazirliyində çalışan idarəçi oyunçuların maddi durumla bağlı minimal istəklərini yerinə yetirməyib, bu da onlarda qıcıq yaradıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA