COP29

"Futbolçuların hər birinə oyundan zövq almağı tapşırmışdım"

8 Dekabr 2024 23:45 I Divizion 555
"Futbolçuların hər birinə oyundan zövq almağı tapşırmışdım"

MOİK-in baş məşqçisi Qəzənfər Abbasov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Sumqayıt"a məğlub olduqları (1:3) görüş haqda Sportinfo.az-a müsahibə verib.

Gənc çalışdırıcı ilk öncə 120 dəqiqə davam edən gərgin qarşılaşmanı şərh edib.

- Hansı komandaya qarşı oynadığımızı bilirdik. "Sumqayıt" Premyer Liqada yaxşı mənada seçilən kollektivlər arasındadır. Biz də mübarizə aparmağa, layiqli oyun göstərməyə çalışdıq. Düşünürəm ki, pis alınmadı. Ən önəmlisi odur ki, hər iki tərəf də matçı ciddi zədə almadan keçirdi. Rəqibi təbrik edirəm.

- Futbolçuları Premyer Liqa klubuna qarşı 120 dəqiqə mübarizə aparmağa necə inandıra bilmişdiniz?

- Hər dəfə oyunçularımla danışanda bildirirdim ki, ab-havanı hiss etsinlər. Biz heç nə itirmirik. Məğlubiyyətə görə də kimsə nəsə deməyəcək. Ona görə də hər birinə oyundan zövq almalarını tapşırmışdım. Onlar da bunu yetərincə bacardı.

- Baş hakimin qərarlarına kəskin reaksiya verdiniz. Şikayətiniz nə ilə bağlıydı?

- Bizim hücumçu qapıçı ilə üzbəüz qaldığı epizodda rəqib müdafiəçinin sərt müdaxiləsi oldu. Təkrara hələ baxa bilməmişəm. Amma düşünürəm ki, təmiz qırmızı vərəqə idi. Lakin verilmədi və hücumun davamında "Sumqayıt" qol vurdu.

- Sumqayıt sizin üçün yad olmayan şəhərdi. Burada meydana rəqib kimi çıxmaq sizdə xüsusi hislər yaratdımı?

- Bəli, "Sumqayıt" mənim şəhərimin komandasıdır. Biz burda böyümüşük. Klubun uğurlarına hər zaman sevinirik. Bu məqam mənim üçün əlavə motivasiya idi. İnanıram ki, bu komandanın Premyer Liqada daha böyük uğurlarını görəcəyik

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti