I Liqada çıxış edən «Cəbrayıl»ın baş məşqçisi Elhad Nəziri saytımızın yaydığı qalmaqallı xəbəri təsdiqləyib.
Debütant komandanın çalışdırıcı «CBC Sport»un efirinə qonaq olub və aparıcının tirajladığı xəbərin doğruluğunu etiraf edib https://www.sportinfo.az/idman_xeberleri/1_divizion/206723.html().
O, maliyyə çətinlikləri ilə üzləşdiklərini bildirib.
Deyib ki, «Cəbrayıl» yalnız AFFA tərəfindən ayrılan vəsait hesabına fəaliyyət göstərir.
Bu üzdən futbolçulara müqavilədə nəzərdə tutulan əməkhaqları ödəmək mümkün olmayıb. Odur ki, məvaciblər 20 faiz azaldılıb.
Gənc çalışdırıcı yeni sponsor axtardıqlarını söyləyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN