I Liqada ilk mövsümünü keçirən «Cəbrayıl»da ciddi narazılıq baş qaldırıb.
Bu barədə komandadan redaksiyamıza məlumat verilib.
Bildirilib ki, futbolçular klub rəhbərliyinin əleyhinə ayağa qalxıb. Onlar ödəmələrlə bağlı müqavilədə göstərilmiş öhdəliyin yerinə yetirilməməsindən şikayətçidir.
Belə ki, oyunçların əməkhaqları qəfildən, yəni, heç kimə xəbərdarlıq edilmədən 20 faiz aşağı salınıb.
Kollektiv üzvləri çempionatın növbəti matçlarında meydana çıxmaq istəmədikləri barədə idarəçiləri məlumatlandırıb.
Qarabağ bölgəsinə aid rayonun eyniadlı təmsilçisi I Liqanın ilk 6 həftəsində 10 xal toplayıb. «Cəbrayıl» bu göstərici ilə 5-ci pillədə qərarlaşıb.
SPORTİNFO.AZ