Narazı qaldılar, öz komandalarına etiraz etdilər, o da hirsindən… - VİDEO

20 Aprel 17:00 I Divizion 792
Narazı qaldılar, öz komandalarına etiraz etdilər, o da hirsindən… - VİDEO

I Liqada çempionluq uğrunda mübarizə aparan «İmişli» hesabat həftəsində gözləmədiyi hadisənin şokunu yaşadı.

Əsgər Abdullayevin komandası məqsədi çempionatda qalmaq olan «Difai»nin əlindən güclə qurtuldu.

İlk hissədə qapısında 2 qol görən qonaqlar yalnız fastələdən sonra hesabı bərabərləşdirə bildi. Gülağa Əsədov fasilədən az sonra fərqləndisə, yekun nöqtəni 82-ci dəqiqədə Xəzər Mahmudov qoydu.

Bəxt sayəsində Şamaxıda əldə olunan 1 xal İmişlidən gəlmiş xeyli sayda azarkeşi dilxor etdi. Onlar referi Tural Qurbanovun final fitindən sonra öz komandalarına narazılıq bildirdilər.

Buna əsəbiləşən İbrahim Əliyev əlindəki su butılkasını texniki zonanın üstünə çırpdı və deyinə-deyinə paltardəyişmə otağının yolunu tutdu.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti