Dövlət dotasiyasını Azərbaycan klubları havaya necə sovurur?

15 Fevral 23:00 I Divizion 1 396
Dövlət dotasiyasını Azərbaycan klubları havaya necə sovurur?

Mövsümün əvvəli AFFA klublar üçün legioner rüsumunda dəyişiklərə getdi.

Xüsusilə Birinci Liqa ilə bağlı qərar sərtləşdirildi.

Belə ki, aşağı liqa klubları üçün legioner rüsumu saydan asılı olmayaraq 5 min manat müəyyən olundu.

Bunda əsas məqsəd keyfiyyətsiz gəlmələrin qarşısını almaq dayanırdı.

Lakin bu da aşağı liqa təmsilçilərinin əcnəbi sevdasına mane ola bilmədi.

Bu gün heyətində yad ellərdən gələn futbolçunun olmadığı cəki iki klub var - "Şamaxı" və "Mingəçevir".

Qalan 8 kollektiv isə əcnəbilərə "qucaq açıb".

Birinci yarını yerlilərlə yola verən "Qaradağ Lökbatan" 4 yeni legioneri heyətinə qatıb.

Elə "Zaqatala"da da eyni sayda əcnəbi var.

"Karvan" və "İmiş"lidə say üçdürsə, digərlərində iki legioner var.

Bu da ümumi olaraq 22 legioner deməkdir.

Deməli, 110 min manat yalnız həmin futbolçuların təkcə qeydiyyatı üçün sərf olunub.

Bura qalmaq, qidalanmaq, aylıq maaş və digər xərcləri də əlavə edəndə ortaya kifayət qədər böyük məbləğ çıxmış olur.

Nəzərə alaq ki, dövlət Birinci Liqa təmsilçilərinin ayaqda qalması üçün AFFA-nın xətti ilə hər bir kluba 300 min manat dotasiya ayırır.

Görünür, əksər klublar bu pulun ən azı 1/3-in gəlmələrə xərcləyir. Qalan pula isə klubun 60-70% futbolçusu, rəsmiləri və digər xərcləri qarşılanır.

Ən dəhşətlisi də odur ki, Birinci Liqa səviyyəsində böyük pulların xərcləndiyi həmin əcnəbilərin əksəriyyəti yerli futbolçulardan seçilməyən sıradan oyunçulardı.

Bunun məntiqi nəticəsidir ki, "Qaradağ Lökbatan" legionersiz mövsümün birinci yarısını lider, "Şamaxı" ikinci pillədə, MOİK isə ilk üçlükdə tamamlamışdı.

Bu, bir daha göstərir ki, Afrikanın bir çox ölkələrindən, Rusiyadan, Ukraynadan, Türkiyədən gətirilən futbolçuların keyfiyyətə, nəticələrə, iddialara təsiri o qədər də böyük deyil.

Ara yerdə ayrılan dotasiya havaya sovrulmuş olur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti