Rayonda dava-dalaş salan futbolçulara nə etdilər?

20 Sentyabr 00:30 I Divizion 202
Rayonda dava-dalaş salan futbolçulara nə etdilər?

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda 1-ci liqanın ilk turunun keçirilən qalmaqallı "Karvan" - "Mingəçevir" oyunu bağlı da qərarlar qəbul edilib.

“Karvan” klubunun 88 nömrəli futbolçusu Müşfiq Teymurov rəqib azarkeşlərə qarşı qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanıb, klub 350 manat cərimə edilib.

Matçın 65-ci dəqiqəsində “Mingəçevir” klubunun 22 nömrəli qapıçısı Elçin Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 300 manat cərimə edilib.

Oyunun 67-ci dəqiqəsində “Mingəçevir” klubunun 95 nömrəli futbolçusu Elvin Əlizadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Mingəçevir” klubu 300 manat cərimə edilib.

Oyunun 67-ci dəqiqəsində “Mingəçevir” klubunun məşqçisi Sönməz Quliyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 150 manat cərimə edilib.

“Mingəçevir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Mingəçevir” klubu 80 manat cərimə edilib.

“Mingəçevir” klubunun azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Mingəçevir” klubuna xəbərdarlıq edilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu