AFFA-nın iş verdiyi məşqçi bu klubun təklifini bəyənmədi

18 May 09:40 I Divizion 2 454
AFFA-nın iş verdiyi məşqçi bu klubun təklifini bəyənmədi

«Sabah»ın sabiq baş məşqçisi Ramin Quliyev aldığı yeni təklifi geri çevirib.

Hazırda AFFA-da çalışan mütəxəssis «İrəvan»ın sükanı arxasına keçməkdən imtina edib.

Növbəti mövsüm I Divizionda iştirakı dəqiqləşən komandadan dəvət gəlsə də, o, federasiyadakı işini dəyişmək istəməyib.

Belədə «İrəvan» müxtəlif vaxtlarda iki dəfə «Xəzər Lənkəran»ı çalışdırmış, axırıncı dəfə U-21 yığmasında Milan Obradoviçin köməkçisi işləmiş Elbrus Məmmədova tapşırılıb.

Yeri gəlmişkən, Azərbaycan Sənaye Koorporasiyasının (ASK) nəzdində olan «ASK Arena»nın adının dəyişdirilməsi gözlənilir.

Artıq bununla bağlı görüşmələr başlayıb. Müxtəlif səviyyəli qurumlar tərəfindən dəstəklənən «İrəvan»ın ASK ilə danışıqları, böyük ehtimalla, müsbət yekunlaşacaq.

Stadionun «İrəvan Arena» adlandırılması istisna olunmur. Bakının mərkəzində yerləşən arena və bazanın 2 il öncə yaradılmış klubun uzunmüddətli icarəsinə verilməsi planlaşdırılır.

Region Liqasının sıralarında yer almış «İrəvan»ı bu yaydan etibarən birinci dəstə mənsubları arasında görəcəyik.

Qərbi Azərbaycanın paytaxtınıın eyniadlı təmsilçisinin bununla bağlı AFFA və Peşəkar Futbol Liqasına ünvanladığı müraciət müsbət cavablandırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər