Yığmamızın gürcü müdafiəçisi region komandasında peyda oldu

8 Fevral 2023 09:00 I Divizion 1 405
Yığmamızın gürcü müdafiəçisi region komandasında peyda oldu

I Divizionda mübarizə aparan "Araz Naxçıvan" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi Nikolaz Baçaliaşvilini transfer edib.

Gürcü futbolçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Nika Baçaliaşvili daha əvvəl "Qələbə" və "Kəpəz"dən çıxış edib. 20 yaşlı müdafiəçinin son klubu Gürcüstanda "Spaeri" olub.

Nikolaz Azərbaycanın U-17, U-19 və U-20 millilərinin sabiq üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"