“ASTA Mingəçevir”də islahatlar sürətlənib.
I Liqanın ilk yarısında enişli-yoxuşlu yol keçən ”işıqçılar” 7 nəfərlə yollarını ayırıb, 5 yeni futbolçu ilə ilkin müqavilə imzalanıb.
Gedənlər və gələnlər kimlərdir?
Ayrılanların siyahısına 4 yerli, 3 legioner oyunçunun adı daxildir. Onların da başında "Araz-Naxçıvan"dan tanıdığımız qanalı yarımmüdafiəçi Mohammed Kadiri gəlir.
Ötən mövsüm Premyer Liqada "ağ-qırmızılar"ın şərəfini qorumuş, cari "futbol ili"ndən etibarən I Liqada çıxış edən afrikalı buradan ayrılmaq istədiyini bildirib və müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Həmçinin nigeriyalı yarımmüdafiəçi Yayte Bakari və rusiyalı müdafiəçi Rimas Kerimi düşərgəni tərk edib.
Yerlilərə gəlincə, Sahib Həsənov həqiqi hərbi xidmətə yollanıb. Samir Abdullayevlə Qurban Səfərov "Karvan"a keçib.
Vaxtilə "Neftçi" və "Səbail"in formasını geyinmiş müdafiəçi Cabir Əmirli isə sağlıq durumundakı problemlərə görə komandadan getməli olub.
"Mingəçevir" 12 turdan sonra 21 xalla 4-cü pillədə qərarlaşıb. Şəhərin eyniadlı təmsilçisi lider ”Şəfa”dan 9 xal geri qalır.
SPORTİNFO.AZ

