"Kəpəz"də braziliyalı legionerin MÜJDƏSİ

30 May 2022 23:40 I Divizion 2 072
"Kəpəz"də braziliyalı legionerin MÜJDƏSİ

Qarşıdakı mövsüm Premyer Liqada çıxış edəcək "Kəpəz"də transfer çalışmaları davam edir.

Bir çox futbolçularla danışıqlar aparan Qərb təmsilçisi, deyəsən, yerli publikanın sevimlisi Dari Federikonu da geri qaytarmaqda maraqlıdır.

Hər halda klubun azarkeşlərlə əlaqələndiricisi vəzifəsində çalışan Elmar Əliyevin sosial şəbəkə hesabındakı paylaşımı bunu deməyə əsas verir.

Belə ki, klubun əməkdaşı öz profilində tərəfdarlara səslənərək "İstərdinizmi "Kəpəz"də olsun?" başlığı altında braziliyalı legionerin fotosunu paylaşıb.

İzləyicilərin "qayıtsın" - deyə şərhlər yazdığı postu klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev də bəyənib. Bu, yaranmış ehtimalı daha da gücləndirmiş olub.

Dario müxtəlif vaxtlarda iki dəfə Gəncə klubunun şərəfin qoruyub. O, bu klubun formasında meydana çıxdığı 50 matçda 12 qol və 3 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti