“Zirə” polisə görə…

26 Dekabr 2021 01:10 I Divizion 521
“Zirə” polisə görə…

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda 1-ci divizionun 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar verilib.

“Zaqatala” – “Neftçi-2” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Zaqatala” klubunun futbolçusu Roini İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanı,r klub 20 manat cərimə olunur. Komandanın üzvü Aleksandr Şemonayev oyunun 58-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. Matç bitdikdən sonra “Zaqatala” klubunun futbolçusu Elcan Şirinov təhqiredici ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

“Neftçi-2” klubunun futbolçusu İnqilab Ələkbərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Zirə-2” – “Turan Tovuz” oyununda polis nümayəndəsinin təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. Təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur.

“Sabah-2” – “Kəpəz” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Qəbələ-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” klubunun futbolçusu Emil Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Digər Xəbərlər
Xəbər Lenti