Cavid İmamverdiyev "Kəpəz"ə niyə lazım olmadı? - AÇIQLAMA

24 Sentyabr 2021 17:00 I Divizion 1 945
Cavid İmamverdiyev "Kəpəz"ə niyə lazım olmadı? - AÇIQLAMA

Birinci Divizionda yeni mövsümə uğursuz start verən "Kəpəz" ikinci turun "Qaradağ Lökbatan" səfərində də xal itkisinə məruz qaldı - 1:1.

Böyük ümidlərlə yay fasiləsində komandaya transfer edilən Cavid İmamverdiyevin adı oyunun iştirak ərizəsində belə yox idi.

"Qəbələ-2" ilə oyunda isə Cavid fasilədə komanda yoldaşı Tural Rzayevlə əvəzlənmişdi.

Başverənlər intizamsızlığı ilə ad çıxaran yarımmüdafiəçi ilə bağlı müəyyən şübhələr yaratdığı üçün əsl həqiqəti öyrənmək məqsədi ilə bölgə klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevə üz tutduq.

Klub rəsmisi Sportinfo.az-a açıqlamasında bunları dedi:

"Cavid ilk turda zədə almışdı. Buna görə erkən əvəzlənmişdi. Sonra müalicə almağa başladı. Növbəti oyuna az qalmış sağaldı.

Amma həftə ərzində komanda ilə məşq etmədiyi üçün "Qaradağ Lökbatan"la oyuna sifariş olunmamışdı".

Digər Xəbərlər
Xəbər Lenti