"Yeni komanda formalaşdırmaq üçün vaxt az oldu"

18 Sentyabr 2021 13:00 I Divizion 782
"Yeni komanda formalaşdırmaq üçün vaxt az oldu"

"Oyun olaraq pis alınmadı. Hər iki tərəfin də qol epizodları oldu. Müdafiədə çoxlu səhvlər buraxdıq".

Bunu Birinci Divizionun ilk turunda "Keşlə-2"yə məğlubiyyəti (5-1) Sportinfo.az-a şərh edən "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Gənc çalışdırıcı rəqibin heyətində meydana çıxan əsas heytə futbolçualarının nəticəyə böyük təsirini xüsusi vurğulayıb:

"Rəqibin hücum xəttində Abanq kimi usta futbolçunun olmağı öz sözünü dedi. Bunu qeyd eləməmək mümkün deyil. Əgər oyun ərzində Abanqa 5 top gəldisə, onun dördünü qapıya yönəltdi.

Abanqdan başqa Kərim Diniyev, Rəfail Məhərrəmli, Şəhriyar Əliyev, Nicat Qurbanov da əsas heyət üzvləriydi. Digər oyunçuların da Premyer Liqa təcrübəsi vardı. Təcrübə böyük rol oynadı".

Məmmədov komandasının darmadğın olmasının başqa səbəblərlə bağlı olduğunu da qeyd edib: "Bizim üçün vaxt tələb olunur. Hər il bizim startımız o qədər də yaxşı başlamır.

Buna çox səbəb var. Xüsusi səbəb isə təxminən 10 futbolçunun mövsümün əvvəli bizdən ayrılmasıdı. Yeni komandanı formalaşdırmaq üçün vaxt az oldu.

Cəmi 3 yoxlama oyunu keçirdik. Onun da 2-si seleksiya xarakterli oldu. Sırf belə səbəblərdən startda axsamalar olur.

Səhvlərin üzərində ayrı-ayrılıqda çalışacağıq. Qarşıdakı hər keçən tur tam fərqli "Zaqatala" görəcəksiniz. Əlbəttə, belə darmadağınla gələn məğlubiyyət heç kimə xoş deyil".

Çalışdırıcı şanssızlıq və hakim səhvlərindən də şikayətlənib: "Səviyyə fərqi ortadadır. Amma komandanın fiziki durum çox xoşuma gəldi. "Keşlə"dən daha yaxşı görünürdük.

Qol epizodlarımlz çox oldu. 4 dəfə qapı tiri rəqibin dadına çatdı. 3-4 dəfə qapıçıları xilaskar rolunu oynadı. Penal verilməli epizodlar vardı, amma hakim vermədi.

Bunu hakim səhvi də deyə bilmərəm. "Neftçi-2" - "Sabah-2" görüşündə verilən penal epizodunun eynisi bizim oyunda oldu, ancaq bizdə verilmədi.

Bilmirəm epizodu görmədi, yoxsa belə dəyərləndirdi. Bu epizodları çıxsaq hakimlikdən narazılığımız yoxdur. Məğlubiyyətə səbəb öz səhvlərimiz oldu".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı