I Liqada yarışan «Baku Sportinq» baş məşqçi dəyişikliyinə gedib.
Buzovna təmsilçisi Samir Ələkbərovu yenidən sükan arxasına gətirib.
Əvvəllər də qəsəbə komandasını çalışdırmış mütəxəssisə kimi bu vəzifəni Kərim Diniyev icra edirdi.
Aşağı liqada ikinci mövsümünü keçirən kollektiv 9 tur ərzində 15 xal toplayıb. «Baku Sportinq» hazırda turnir cədvəlinin beşinci pilləsində yerləşib.
Samir Ələkbərov millinin və «Neftçi»nin keçmiş hücumçusudur.
Məşqçi karyerası ərzində bir çox yerdə çalışıb. Bura «Neftçi», «Xəzər Lənkəran», «Sumqayıt» və «İrəvan» kimi komandalar da daxildir.
O, 2 ildir ki, «Baku Sportinq»dədir. Buzovna klubu akademiyaya nəzarət etməyi də Ələkbərova tapşırıb.
SPORTİNFO.AZ

