Növbəti sezon Premyer Liqanın iştirakçı sayı – Diviziona xəbərdarlıq olundu

7 May 2021 15:00 I Divizion 2 041
Növbəti sezon Premyer Liqanın iştirakçı sayı – Diviziona xəbərdarlıq olundu

Növbəti mövsüm Premyer Liqada neçə klubun mübarizə aparacağı məlum olub.

Sportinfo.az-ın AFFA-daan əldə etdiyi məlumata görə, yarış iştirakçılarının sayının artırılıması bu il də mümkün olmayacaq.

Bununla bağlı federasiya SOCAR-la məsləhətləşmələr aparıb, maliyyə məsələlərini geniş müzakirə edib. Neft şirkəti baş sponsoru olduğu quruma əlavə vəsait ayıra bilməyəcəyini açıqlayıb.

Bu isə Premyer Liqanın sıralarının I Divizion təmsilçiləri hesabına genişləndirilməsi planının ertələnməsi deməkdir.

Sabah AFFA Lisenziyalaşdırma Komissiyasının formal iclası keçiriləcək. İclasda avrokuboklarla Azərbaycan Premyer Liqasında növbəti 20212022 mövsümündə iştirak edəcək komandaların adlarına aydınlıq gələcək.

I Divizion təmsilçilərindən "Zaqatala", "Kəpəz", "Turan Tovuz" və "Qaradağ Lökbatan" lisenziya üçün müraciət edib.

Artıq aşağı dəstə iştirakçılarına məlumat verilib ki, onlar lisenziya alacaqlarını gözləməsin, büdcədə vəsait azdır. Yəni ki, bu sezon Premyer Liqadan nə düşən olacaq, nə də yuxarı qalxan.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!