Rəşad Sadıqov: "Fəxr edirəm və qürur hissi keçirirəm ki…"

24 Noyabr 2020 11:20 Zirə 583
Rəşad Sadıqov: "Fəxr edirəm və qürur hissi keçirirəm ki…"

"Hamımızın gözü aydın olsun".

Sportinfo.az xəbər verir ki, bu açıqlama ilə "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov çıxış edib.

Gənc mütəxəssis torpaqların işğaldan azad olunması ilə bağlı bunları söyləyib: "Qarabağ" öz meydanında oynaya bilmirdi. Bu, beynəlxalq matçlarda daha çox qabardılırdı ki, komanda doğma şəhərində və meydanında çıxış edə bilmir.

Biz artıq bu günləri görürük, böyük zəfərdir. Ali Baş Komandan, Ordumuza, zabitlərimizə və əsgərlərimizə dərim təşəkkürümü bildirirəm ki, bizə bu sevinci yaşadırlar.

Hərdən mənə yuxu kimi gəlir, deyirəm ki, doğrudanmı torpaqları işğaldan azad etdik. Bu cür möhtəşəm qələbə qazandıq. Böyük zəfər qazanmışıq.

Bütün qarabağlıları və xalqımızı ürəkdən təbrik edirəm. Fəxr edirəm və qürur hissi keçirirəm ki, azərbaycanlıyam".

Digər Xəbərlər
Xəbər Lenti