"Pulun dadını hiss etdikcə, intizamla bağlı problemlərim başladı"

14 Noyabr 2020 13:20 Zirə 700
"Pulun dadını hiss etdikcə, intizamla bağlı problemlərim başladı"

"Valideynlərim ləzgidir, amma mən Stavropolda doğulub böyümüşəm.

14 yaşına qədər yerli "Dinamo"da oynadım, sonra "Rostov"un əvəzedici komandasına keçdim.

Pulun dadını hiss etdikcə, nizam-intizamla bağlı problemlər başladı və məni "Taqanroq"da oynamağa göndərdilər. Lakin nizam-intizamla bağlı məsələ orada da davam etdi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin futbolçusu Ruslan Qurbanov "sports.ru" saytına açıqlamasında deyib.

29 yaşlı hücumçu intizamsızlıq səbəbindən 16 yaşından 18 yaşına qədər az oynadığını söyləyib. Azərbaycan yığmasının sabiq üzvü 2010-cu ildə "Neftçi"yə keçidindən də danışıb:

"Komandanın keçmiş futbolçusu Rasim Abuşev yanıma gəldi və məni Bakıya dəvət etdi. İki seçimim var idi: ordu, ya da futbol. 13 saat maşınla getdik. Bakını görən kimi dərhal şəhərə aşiq oldum. "Neftçi" ilə 5 illik müqavilə imzaladım. O vaxtdan bəri Azərbaycanda yaşayıram".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı