İsraildən qayıdan hücumçunu "Zirə" də istəyir

13 Noyabr 2020 16:20 Zirə 870
İsraildən qayıdan hücumçunu "Zirə" də istəyir

«Qəbələ»nin hücumçusu Ceyms Adeniyinin daha bir müştərisi üzə çıxıb. «Sabah»dan sonra «Zirə» də nigeriyalı forvarda elçi düşüb.
2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalamış Ceyms Adeniyi həmin mövsüm 31 oyuna 12 qol vurmuşdu. Afrikalı forvard 2019/2020 mövsümünü icarə əsasında İsrailidə - "Hapoel"də (Kiryat-Şmona) keçirib.
O, oktyabrda yenidən Azərbaycana qayıdıb və Premyer Liqaya sifariş olunub. Afrikalı legjionerin əyalət təmsilçisi ilə sözləşməsi gələn ilin yayında bitəcək. "Qəbələ" yükmək maaş alan Adeniyi ilə qış fasiləsində vidalaşmağa hazır olduğunu açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti