Qurbanovu qapıda dayanmağa məcbur etdi, 200 manat "tərlədi" - FOTO

11 Noyabr 2020 13:00 Zirə 1 589
Qurbanovu qapıda dayanmağa məcbur etdi, 200 manat "tərlədi" - FOTO

AFFA İntizam Komitəsi "Zirə"nin qapıçısı Mateus Albinonu bir oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb braziliyalı qolkiperin Premyer Liqanın IX turunda səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri görüşün 90-cı dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulmasıdır.

Cənubi amerikalı legioner oyunun vaxtının qəsdən ləngidilməsi səbəbindən baş hakim Rauf Cabbarov tərəfindən cəzalandırılıb.

Bundan sonra Masazır stadionunda maraqlı anlar yaşanıb. “Zirə”nin əvəzləmə limiti bitdiyindən qapıda komandanın hücumameyilli yarımmüdafiəçisi Ruslan Qurbanov dayanıb. O, bir epizodda rəqibin başla zərbəsini də dəff edib.

Qəsəbə təmsilçisi Albinoya görə federasiyaya 200 manat ödəməli olacaq. "Sabah"ın isə 4 oyunçusu sarı vərəqə alıb və kluba 800 manat məbləğində cərimə kəsilib.

Digər Xəbərlər
Xəbər Lenti