Millinin qapıçısı "Zirə" yolunda

7 Noyabr 2020 09:40 Zirə 1 115
Millinin qapıçısı "Zirə" yolunda

Mövsümlərarası fasilədə «Zirə»dən «Qarabağ»a keçən Emil Balayev qış fasiləsində sabiq klubuna qayıda bilər.

Sportinfo.az-ıın məlumatına görə, qəsəbə təmsilçisi adıçəkilən qapıçını icarəyə götürmək istəyir.

Yayda ölkə çempionu ilə 2 illik müqavilə imzalayan kiper hazırda burada özünü göstərə bilmir. Qurban Qurbanov ona avrokuboklarda şans tanımır.

Şahruddin Məhəmmədəliyevə güvənən baş məşqçi millinin «1 nömrə»sinə yalnız Premyer Liqada meydana çıxmaq imkanı yaradır. Bu isə Balayevi qane etmir.

O, daim oynayacağı komandaya getmək fikrindədir. «Zirə» bu mənada Emilə həm tanış, həm də etibarlı seçimdir.

Hər halda ötən mövsümün ikinci yarısının 3 ayını «qartallar»ın düşərgəsində keçirib, eyni zamanda, Rəşad Sadıqovla yaxşı münasibətləri var. İndi hər iki klub arasında onun 6 aylıq icarəyə götürülməsi yönündə danışıqlar gedir.

Digər Xəbərlər
Xəbər Lenti