"Deməzdim ki, "vuran ayağ"ımız yoxdur" - "Zirə"nin müdafiəçisi

6 Noyabr 2020 16:00 Zirə 396
"Deməzdim ki, "vuran ayağ"ımız yoxdur" - "Zirə"nin müdafiəçisi

"3 oyundu qalib gəlməsək də, deyərdim ki, oyun baxımından geri qalmırıq.

Futbolda belə məqamlar olur. Turdan-tura oyunumuzu yaxşılaşdırmaq istəyirik".

Bu sözləri Sportinfo.az-a açıqlama verən "Zirə"nin cinah müdafiəçisi Şəhriyar Rəhimov deyib. Onun fikrincə, Azərbaycan futbolu spesifik xüsusiyyətlərə malikdir:

"Hər bir rəqib mövqeyindən asılı olmayaraq digər rəqiblərdən rahatlıqla xal ala bilir. Hazırkı çempionatda açıq-aşkar autsayder yoxdur.

Rəqib 5 oyun uda bilmir və biz mütləq bu rəqibi udacayıq kimi düşünsək, bu, çox yalnış fikir olar. Belə yanaşma bizə baha başa otura bilər. Hər oyuna ciddiyətlə hazırlaşırıq".

Millimizin də üzvü olan müdafiəçi son iki görüşdə qol vura bilməməklərinə belə münasibət bildirib: "Deməzdim ki, "vuran ayağ"ımız yoxdur. Qol vurmağa kifayyət qədər keyfiyyətli oyunçumuz var.

Əsas odur ki, hər oyunda qol epizodları yaratmağı bacarırırq. Oyun planında hər şey qaydasındadır, amma bununla kifayətlənmək istəmirik. Oyundan-oyuna daha yaxşı futbol göstərməyə çalışırıq".

Digər Xəbərlər
Xəbər Lenti