"Zirə"nin "Sabah"dan gözləntisi – Nə var, nə yox?

4 Noyabr 2020 21:40 Zirə 1 072
"Zirə"nin "Sabah"dan gözləntisi – Nə var, nə yox?

Bu həftə Azərbaycan Premyer Liqasında IX turun oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, milli komandaların matçları ilə bağlı yaranacaq fasilə ərəfəsində “Zirə” “Sabah”ın qonağı olacaq.

Bu, iki komanda arasında 9-cu matç olacaq. İlk dəfə 2018/19 mövsümündə üz-üzə gələn rəqiblər 8 dəfə üz-üzə gəlib. Hesabında 2 qələbə olan “Zirə” 2 dəfə 1 xalla kifayətlənib və 4 dəfə uduzub. “Sabah”ın qapısından 9 top keçirən zirəlilər 11 qol buraxıblar.

“Sabah” evdə keçirdiyi üç görüşdən birində qalib gəlib, birində heç-heçə edib və birində uduzub. 6 qol vuran “Zirə” 4 top buraxıb.

Noyabrın 6-da keçiriləcək “Sabah” – “Zirə” görüşü 16:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti