Rəşad Sadıqovun ən çox irad tutduğu futbolçu elə sözlər dedi ki…

28 Oktyabr 2020 17:10 Zirə 1 517
Rəşad Sadıqovun ən çox irad tutduğu futbolçu elə sözlər dedi ki…

“Rəşad Sadıqov un rəhbərliyi altında oynamaq istənilən gənc futbolçu üçün fürsətdir“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Zirə“nin yarümmüdafiəçisi Tural Bayramlıya aiddir.

Bu yay “Keşlə“ni oqəsəbə klubuna dəyişən 21 yaşlı futbolçu yeni baş məşqçisi haqda müsbət fikirlər söyləyib: “Rəşad müəllim vaxtilə U-21-ə başçılıq etdiyindən, gənclərə daha həssas yanaşır.

Nəinki mənə, digər gənc komanda yoldaşlarıma onun rəhbərliyi altında oynamaq rahatdır. Çünki bizə çox etibar edir. Necə ki, 17 yaşlı Cəlal Hüseynov ötən tur şans əldə etdi.

Xatırlamıram ki, hansısa baş məşqçi bu yaşda müdafiəçini start heyətində meydana buraxsın. Rəşad müəllimin təcrübəsi çoxdur, onun hər sözü, iradı elə öz xeyirim üçündür. Mənə tez-tez deyir ki, potensialın bundan da artığına imkan verir“.

Digər Xəbərlər
Xəbər Lenti