Kameruna görə seçilən 23 futbolçudan biri Azərbaycanda

27 Oktyabr 2020 20:00 Zirə 1 011
Kameruna görə seçilən 23 futbolçudan biri Azərbaycanda

Afrika Millətlər Kubokunda (CAN) Kamerunla qarşılaşacaq Mozambik yığmasının heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Luis Qonsalveş 23 futbolçuya dəvət göndərib.

Onların arasında hazırda Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə"nin hücumameylli yarımmüdafiəçisi Klesio Bauk da var.

İndiyədək millidə 31 oyun keçirmiş 26 yaşlı vinger 5 qol vurub. Klesio Bauk "Zirə"yə 2020/2021 mövsümünün əvvəlində "Qəbələ"dən keçib.

Mozambik yığması Kamerunla 2 oyun (12 və 16 noyabr) keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM