Riçard Almeyda "Zirə"yə gəldi, "Qarabağ"lılarla görüşdü - FOTOLAR

25 Oktyabr 2020 16:50 Zirə 1 324
Riçard Almeyda "Zirə"yə gəldi, "Qarabağ"lılarla görüşdü - FOTOLAR

"Zirə"nin heyətinə qatmağa hazırlaşdığı Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Bakıdadır.

Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ"la bugünkü oyununu izləmək üçün Zirə İdman Kompleksinin stadionuna gəlib.

31 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Riçard Almeyda 2012/2018 mövsümündə və 2019-cu ildə "Qarabağ"ın formasını geyinib. Onun son klubu Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" komandası olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM