Almeydanın transferi "Zirə"yə neçəyə başa gəldi?

24 Oktyabr 2020 09:28 Zirə 1 497
Almeydanın transferi "Zirə"yə neçəyə başa gəldi?

Riçard Almeydanın 1 illik aradan sonra Azərbaycana qayıtmaq qərarı verməsindən dünən oxucularımızı xəbərdar etmişdik.

Millimizin yarımmüdafiəçisi «Baniyas»la müqaviləsini qarşılıqlı razılaşma əsasında pozub.

Birləşmiş Ərəb Əmirlikləri klubundan sərbəst agent statusu alan braziliyalı bu gün Bakıya gəlməlidir. O, «Zirə» ilə mövsümün sonunadək anlaşıb.

BƏƏ klubunda ilinə 1 milyon dollar qazanan Almeyda «qartallar»ın ən bahalı futbolçusu olmayacaq. Qəsəbə təmsilçisi ona hər ay 0çün 10 min dollar ödəyəcək.

Bəs o, nə əcəb bu qədər aşağı məbləğə «Zirə»nin formasını geyinməyə razılaşıb? Sadə səbəb üzündən: komandanın baş məşqçisi «Qarabağ»dan yaxşı tanıdığı Rəşad Sadıqovdur.

Uzun illərə söykənən münasibətlər Almeydanın «Zirə»nin təklifini geri çevirməməsini şəkilləndirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti