Premyer Liqanın ilk dövrəsinin son turunda «Qarabağ»ı qəbul edəcək «Zirə»də daha bir problem yaranıb.
Sportinfo.az-ın məlumatına görə, Sərtan Taşkının zədəsinin ciddi olması aşkarlanıb.
«Sumqayıt»la ötən tur keçirilən matçın 71-ci dəqiqəsində yerini Ağabala Ramazanova verən müdafiəçi dünən ayağını MRT etdirib və bu zaman aldığı xəsarətin elə-belə olmadığıı üzə çıxıb. Həkimlər onun 2-3 həftədən tez məşqlərə başlamamasını məsləhət görüb.
Ümumiyyətlə, 6 turdan sonra 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan «qartallar» güclü rəqib önünə ciddi itkilərlə çıxacaq. Sumqayıtdakı matçda 2 penaltiyə səbəb olan və sarı vərəqə alaraq fasilədə əvəzlənən Şəhriyar Rəhimov cəzalı duruma düşüb.
Onu əvəzləyən Kərim Diniyev 90+5-ci dəqiqədə qırmızı vərəqə aldığından, avtomatik olaraq növbəti turda meydana çıxmaq haqqını itirib.

